Topoqrafiya xidməti (topoqrafiya axtarışları) fəaliyyət istiqaməti bir çox sahədə tətbiqi ilə seçilir. Bu sahə topoqrafik ölçmələr və topoqrafik xəritə tərtibi daxil, xəritə yenilənməsi və digər xidmətləri özündə əks etdirir. Şirkət aşağıdakı sahələr üzrə geodeziya və topoqrafiya ölçmələrini icra edərək çoxsaylı müqavilələrə imza atıb:

  1. Kənd təsərrüfatı sahəsi
  2. Hidrotexniki qurğuların layihələndirilməsi (su anbarı, irriqasiya kanalı, nasos stansiyası, drenaj şəbəkəsi, təzyiqli boru xətti və s.)
  3. Liman layihələrinin icrası
  4. Hidroqrafik obyektlər (dəniz akvatoriyası, çay və göllər, delta, su anbarları və s.)
  5. Dayaq blokun (platforma) mühəndis geodeziya və topoqrafiya ölçmələri, batimetriya
  6. Məhdudlaşdırıcı bloklara əlavə olunan konstruksiya üzrə yaranmış dəyişikliyin təyini
  7. Məhdudlaşdırıcı blokların cari vəziyyətinin təyini
  8. Avtomobil və dəmir yolları (maillik və çökmə təyini, əyrilik və radius təyini, profil qurma, dəmir yolunun pasport tərtibi və yenilənmə)
  9. Layihələrin naturaya köçürülməsi
  10. Torpaq sahələrinin sərhədlərinin və dayaq nöqtələrinin təyini, bölgü işləri
  11. DRON (PUA) ölçmələri, ortofotoplan tərtibi
  12. Bina daxili ölçmələr, fasad planalması
  13. Neft-qaz sənayesi
  14. Xammal yataqları
  15. Teleqüllə tikintisi
  16. Mədəni və tarixi abidələrin ölçmələri
  17. Yaşayış binalarının tikintisi və yenidənqurma
  18. Ətraf mühit layihələrinin icrası

Topoqrafiya xidməti üzrə fəaliyyətimizə yerüstü lazer skan çəkiliş metodu və ya aeroplanalma (LIDAR) daxildir. Bu metodlarla topoqrafik ölçmələr icra olunur. Topoqrafik ölçmələr əsasında topoqrafik xəritə tərtib olunur. Topoqrafiya axtarışları üzrə fotoqrammetrik metodların tətbiqində uçuş planlanır. Məhsulun geodezik dəqiqliyini təmin etmək üçün ərazidə istinad məntəqələri qurulur. Məntəqə üzrə koordinat və yüksəklik göstəriciləri ölçülür. Nəticədə, topoqrafiya axtarışları məqsədi ilə uçuş aparatı keyfiyyətli fotokamera ilə təchiz edilməklə yüksək ayırdetməli təsvirlər alınır. Sonda, aerofoto emal olunur, model qurulur və taraza gətirilir.

topoqrafiya xidməti topoqrafiya axtarışları topoqrafik ölçmələr geodeziya

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat