Ətraf mühit sahəsində hərtərəfli və peşəkar olaraq bərpaetmə layihələrindən ətraf mühitin müxtəlif sahələrinə qədər xidmətlərimizi təklif edirik.

ƏMTQ – Ətraf mühitə təsirlərin qiymətləndirilməsi

Ətraf mühitin mühafizəsi

Ekosistem və onun aerokosmik monitorinq sistemi, CİS

Ətraf mühit tədqiqatı və bu sahədə aparılan işlərə nəzarət olunması

Yeraltı və içməli suların monitorinqi

Ətraf mühit və bərpası

Təbii ehtiyyatların idarə olunması

Sahədə ekspedisiya tədqiqatı və nəzarət

Çirklənmə və fəlakətlərin monitorinqi

Həssas ərazilərin və risklərin qiymətləndirilməsi (daşqın riskləri və s.)

Geolandşaft strukturunun öyrənilməsi

Ekocoğrafi və ekogeomorfoloji tədqiqatlar

Ətraf mühitə təsirlərin qiymətləndirilməsi

CASPIAN GEOMATICS hava, su və torpaqla bağlı xidmətlər göstərməklə yanaşı, həm də nəzarət və məsləhət xidmətlərini təklif edir. Layihənizlə bağlı Bizə müraciət edib məsləhət xidmətlərimizdən yararlana bilərsiz. Biz Azərbaycanda, həmçinin digər ölkələrdə yeni inkişaf layihələri üçün ətraf mühitə təsirlərin qiymətləndirilməsi ilə bağlı mühəndislik və məsləhət xidmətləri təklif edirik. Eyni zamanda ətraf mühitin müxtəlif aspektləri üzrə coğrafi informasiya sisteminin tətbiqində, ətraf mühitin modelləşdirilməsində və xəritələrin tərtibində təcrübəmizlə seçilirik.

Qeyd olunmalıdır ki, bu sahədə mövcud kompleks problemlər artıq müasir metodların tətbiqini zəruri edir. Coğrafi informasiya sistemləri ətraf mühit məlumatlarının təhlili üçün ən yaxşı vasitədir. O, fiziki xüsusiyyətləri və müəyyən bir ekoloji vəziyyətə təsir edən amilləri, həmçinin müxtəlif əlaqələri daha yaxşı izləmək və onları anlamaq imkanı verir. Verilənlərin təhlilindən sonra coğrafi informasiya sistemləri ətraf mühitə təsir edəcək təhlükələri və riskləri planlaşdırmağa və onları idarə etməyə imkan verir.

Ətraf mühitə təsirlərin qiymətləndirilməsi zamanı nəzərdə tutulan fəaliyyətin atmosferə, yerüstü və yeraltı sulara, torpaq qatına, bitki və heyvanat aləminə, bioloji müxtəlifliyə, əhalinin sağlamlığına və digər istiqamətlərə təsiri qiymətləndirilir.

Aşağıdakı istiqamətlər üzrə xidmətlər göstəririk:

  • sahə tədqiqatları və batimetrik ölçmələr;
  • hidrogeoloji və geofizika tədqiqatları;
  • nümunə götürmə (torpaq və yeraltı su nümunələrinin götürülməsi);
  • yeraltı suların qiymətləndirilməsi və modelləşdirilməsi;
  • texniki-iqtisadi əsaslandırma;
  • monitorinq və qiymətləndirmə;
  • dənizdə ətraf mühitin tədqiqatı hesabatlarının yazılması;
  • metokean təhlillər və sedimentasiya tədqiqatı;
  • torpaq tədqiqatları

CASPIAN GEOMATICS şirkəti ətraf mühit xəritələrinin tərtibində və ətraf mühitin coğrafi informasiya sisteminin qurulmasında, modelləşdirilməsində yüksək təcrübəyə malikdir. Belə ki, tərtib etdiyimiz çoxsaylı xəritələrə dinamik dəyişmə xəritələri, PAH və TPH xəritələri, ağır və təhlükəli metallar, lil qatı, sedimentlər (dib çöküntüləri), təsnifat xəritələri, ekoloji xəritələr, mühafizə, daşqın riskləri, bərpa-reabilitasiya, həssas ərazilər və qiymətləndirmə xəritələri, fəlakətlər və təhlükələr, heyvanat aləmi, meşə örtüyü, atmosfer çirklənməsi, sanitar analiz, hidro-bioloji və ixtiyoloji tədqiqatlar, torpaqdan istifadə xəritəsi, infrastruktur, iqlim və s. xəritələr aiddir.


Həmçinin baxın:

Geomatika xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat