Hidroqrafik ölçmə xidmətləri üzrə dəniz hövzəsində dib relyefinin tədqiqi məqsədilə batimetriya ölçmələri aparılmış, 1:500 miqyaslı topoqrafik xəritə tərtib edilmişdir.
Xəzər dənizi hövzəsində hidroqrafik ölçmə xidməti üzrə batimetrik tədqiqatların aparılması məqsədilə müqavilə bağlanmışdır. Tədqiqatın icra olunma müddəti 11 təqvim günü təşkil etmişdir.
Layihə ərazisi.
Aerokosmik təsvirlər əsasında aparılan tədqiqat üzrə məlum olmuşdur ki, layihə ərazisinin sahil zonası aktiv dəyişkəndir. Belə ki, dalğalarla gətirilərək və nəticədə yaranan qum topaları dib relyefinin struktur quruluşunu aktiv şəkildə dəyişir. Bu səbəbdən, gələcəkdə tikinti işlərinin nəzərdə tutulması baxımdan layihə obyekti üzrə operativ olaraq həm sahil zonasının topoqrafik planalma işlərinin icrası, həm də hidroqrafik ölçmə işlərinin aparılması qarşıda duran əsas məsələlər hesab olunmuşdur.
Tədqiqatın məqsədi.
Tədqiqatda qoyulmuş məsələlər aşağıdakılardır:
tədqiqat ərazisinin dəniz hövzəsi üzrə hidroqrafik ölçmə xidmətləri
sahilyanı sahələr üzrə topoqrafik planalma işləri
batimetrik tədqiqat üzrə xəritə və modelin qurulması (səth relyef, 3D, həcm)
hidroqrafik ölçmə üzrə batimetrik model əsasında həcm hesablamaları
Əsas məqsədə nail olmaq üçün müasir alətlər və coğrafi informasiya sistemi istifadə edilmişdir. Relyef kəsimi 0,25 m olmaqla bütün işlər geodeziya şəbəkəsinin məntəqələrinə bağlanmaqla yerinə yetirilmişdir.
Metodologiya.
İlkin olaraq sahəyə vizual baxış keçirilmiş, sahə tam təhlil olunmuşdur. Texniki tapşırıq üzrə topoqrafik planalma 1:500 miqyası standartında icra edilmişdir. Piketlər 5-10 m intervalı üzrə olmuşdur. Dərinlik ölçü işləri hidroqrafik exolotla icra edilmiş, topoqrafik işlər aparılmış, dərinlik ölçüləri Baltik yüksəklik sisteminə gətirilmişdir. Növbəti mərhələdə, aparılan sıx gedişlər üzrə dib relyefi göstəriciləri təyin edilmiş və nəticələr emal olunmuşdur. Daha sonra, tələblərə cavab verən xəritə və modellər (batimetrik) qurulmuşdur. Sonra, müxtəlif səviyyə göstəricilərinə malik konturlar üzrə batimetrik model əsasında həcmi hesablamalar aparılmışdır.
Yekun olaraq, hesabat hazırlanmış, işlərin metodikası, xəritə və modellər barədə məlumatlar hesabatda geniş şəkildə öz əksini tapmışdır.
XƏZƏR DƏNİZİNİN LOKAL SAHƏLƏR ÜZRƏ DİB RELYEFİNİN TƏDQİQİ (BATİMETRİYA TƏDQİQATLARI)
Hidroqrafik ölçmə xidmətləri üzrə dəniz hövzəsində dib relyefinin tədqiqi məqsədilə batimetriya ölçmələri aparılmış, 1:500 miqyaslı topoqrafik xəritə tərtib edilmişdir.
Xəzər dənizi hövzəsində hidroqrafik ölçmə xidməti üzrə batimetrik tədqiqatların aparılması məqsədilə müqavilə bağlanmışdır. Tədqiqatın icra olunma müddəti 11 təqvim günü təşkil etmişdir.
Layihə ərazisi.
Aerokosmik təsvirlər əsasında aparılan tədqiqat üzrə məlum olmuşdur ki, layihə ərazisinin sahil zonası aktiv dəyişkəndir. Belə ki, dalğalarla gətirilərək və nəticədə yaranan qum topaları dib relyefinin struktur quruluşunu aktiv şəkildə dəyişir. Bu səbəbdən, gələcəkdə tikinti işlərinin nəzərdə tutulması baxımdan layihə obyekti üzrə operativ olaraq həm sahil zonasının topoqrafik planalma işlərinin icrası, həm də hidroqrafik ölçmə işlərinin aparılması qarşıda duran əsas məsələlər hesab olunmuşdur.
Tədqiqatın məqsədi.
Tədqiqatda qoyulmuş məsələlər aşağıdakılardır:
Əsas məqsədə nail olmaq üçün müasir alətlər və coğrafi informasiya sistemi istifadə edilmişdir. Relyef kəsimi 0,25 m olmaqla bütün işlər geodeziya şəbəkəsinin məntəqələrinə bağlanmaqla yerinə yetirilmişdir.
Metodologiya.
İlkin olaraq sahəyə vizual baxış keçirilmiş, sahə tam təhlil olunmuşdur. Texniki tapşırıq üzrə topoqrafik planalma 1:500 miqyası standartında icra edilmişdir. Piketlər 5-10 m intervalı üzrə olmuşdur. Dərinlik ölçü işləri hidroqrafik exolotla icra edilmiş, topoqrafik işlər aparılmış, dərinlik ölçüləri Baltik yüksəklik sisteminə gətirilmişdir. Növbəti mərhələdə, aparılan sıx gedişlər üzrə dib relyefi göstəriciləri təyin edilmiş və nəticələr emal olunmuşdur. Daha sonra, tələblərə cavab verən xəritə və modellər (batimetrik) qurulmuşdur. Sonra, müxtəlif səviyyə göstəricilərinə malik konturlar üzrə batimetrik model əsasında həcmi hesablamalar aparılmışdır.
Yekun olaraq, hesabat hazırlanmış, işlərin metodikası, xəritə və modellər barədə məlumatlar hesabatda geniş şəkildə öz əksini tapmışdır.
https://caspiangeomatics.com/