Topoqrafiya xəritəsi tərtibatı (1:5000) / Topoqrafik ölçmələr 3200 ha sahə
Sahədə kənd təsərrüfatı fəaliyyətinin aparılması və infrastrukturun (yol, elektrik, su xətləri və s.) yaradılması üçün ərazinin ilkin qiymətləndirilməsi vacibdir ki, bu da müfəssəl topoqrafik planalma işlərinin aparılması nəticəsində mümkün olur. Bundan başqa, ərazinin layihələndirilməsi də vacib məsələdir ki, bu da topoqrafik planların istifadəsini tələb edir.
Ərazidə kənd təsərrüfatı bitkilərini becərmək üçün 3200 ha sahədə mühəndisi-topoqrafiya işlərinin aparılması məqsədilə müqavilə imzalanmışdır.
Layihənin məqsədi, kənd təsərrüfatı sahələrdə müxtəlif bitkilərin becərilməsi üçün 3200 ha torpaq sahəsində topoqrafiya ölçmələrinin aparılmasından ibarət olmuşdur. Həll edilməli məsələlər aşağıdakı bəndlərdən ibarət olmuşdur:
Ərazinin 1:5000 miqyasında topoqrafiya planının tərtib olunması.
Ərazidə 6 reperin yerlərinin müəyyən edilməsi və quraşdırılması.
Piketlər arası məsafələrin 70-100 m olmaqla planalma işlərinin aparılması və s.
Metodologiya (məsələnin həll üsulu)
Topoqrafik planın tərtibi üçün bir sıra prosedurlara əməl olunmuşdur. Metodiki olaraq ərazi kameral təhlil olunmuş, kartoqrafik materiallar istifadə edilmiş, səth quruluşa baxılmış, müxtəlif peyk şəkillər üzrə müqayisəli analiz aparılmış, yüksək ayırdetməli ortofotoplana baxılmışdır.
Əraziyə vizual baxış keçirilmiş və sahədə aparılacaq topoqrafik işlər metodologiya üzrə təhlil olunmuşdur. Məntəqələrin yerləri təyin edilmiş və quraşdırılmışdır. Reperlərin qarşılıqlı görünüşü təmin edilmişdir. Məntəqələr statik ölçülmüş və tarazlaşdırma işləri aparılmışdır. Ölçmə zamanı referens baza məntəqələri istifadə edilmişdir. Ölçmələrin hesablanması və taraza gətirilməsi üçün yaxın məntəqələr seçilmiş və əlaqə qurulmuşdur. Topoqrafiya ölçmələri GPS planalma əsasında icra edilmişdir. Sonda, 1:5000 miqyasda topoqrafiya xəritəsi tərtib edilmiş və texniki hesabat hazırlanmışdır.
3200 HA KƏND TƏSƏRRÜFATI TƏYİNATLI SAHƏNİN GEODEZİYA VƏ TOPOQRAFİYA ÖLÇMƏLƏRİ
Topoqrafiya xəritəsi tərtibatı (1:5000) / Topoqrafik ölçmələr 3200 ha sahə
Sahədə kənd təsərrüfatı fəaliyyətinin aparılması və infrastrukturun (yol, elektrik, su xətləri və s.) yaradılması üçün ərazinin ilkin qiymətləndirilməsi vacibdir ki, bu da müfəssəl topoqrafik planalma işlərinin aparılması nəticəsində mümkün olur. Bundan başqa, ərazinin layihələndirilməsi də vacib məsələdir ki, bu da topoqrafik planların istifadəsini tələb edir.
Ərazidə kənd təsərrüfatı bitkilərini becərmək üçün 3200 ha sahədə mühəndisi-topoqrafiya işlərinin aparılması məqsədilə müqavilə imzalanmışdır.
Layihənin məqsədi, kənd təsərrüfatı sahələrdə müxtəlif bitkilərin becərilməsi üçün 3200 ha torpaq sahəsində topoqrafiya ölçmələrinin aparılmasından ibarət olmuşdur. Həll edilməli məsələlər aşağıdakı bəndlərdən ibarət olmuşdur:
Metodologiya (məsələnin həll üsulu)
Topoqrafik planın tərtibi üçün bir sıra prosedurlara əməl olunmuşdur. Metodiki olaraq ərazi kameral təhlil olunmuş, kartoqrafik materiallar istifadə edilmiş, səth quruluşa baxılmış, müxtəlif peyk şəkillər üzrə müqayisəli analiz aparılmış, yüksək ayırdetməli ortofotoplana baxılmışdır.
Əraziyə vizual baxış keçirilmiş və sahədə aparılacaq topoqrafik işlər metodologiya üzrə təhlil olunmuşdur. Məntəqələrin yerləri təyin edilmiş və quraşdırılmışdır. Reperlərin qarşılıqlı görünüşü təmin edilmişdir. Məntəqələr statik ölçülmüş və tarazlaşdırma işləri aparılmışdır. Ölçmə zamanı referens baza məntəqələri istifadə edilmişdir. Ölçmələrin hesablanması və taraza gətirilməsi üçün yaxın məntəqələr seçilmiş və əlaqə qurulmuşdur. Topoqrafiya ölçmələri GPS planalma əsasında icra edilmişdir. Sonda, 1:5000 miqyasda topoqrafiya xəritəsi tərtib edilmiş və texniki hesabat hazırlanmışdır.
https://caspiangeomatics.com/