Batimetriya ölçmələri 3 hektar sahədə aparılmış, 300 metr sahill xətti boyu ekzogen proseslər tədqiq edilmişdir.
Xəzər dənizinin Azərbaycan sektoru üzrə cənub sahillərində batimetriya ölçmələrinin aparılmasına, sahilyanı sahələrdə aktiv eroziya proseslərinin öyrənilməsinə zərurət yaranmışdır. Bu baxımdan, bağlanmış ikitərəfli müqavilə əsasında CASPIAN GEOMATICS tərəfindən tədqiqatlara başlanılmışdır. Dəniz dibinin təmizliyinin yoxlanılması ilə bağlı tədqiqatlar yerinə yetirilmiş, dəniz dibində aşkar olunmuş obyektlərin təsnifatı aparılmış və onların koordinatları müəyyən edilmişdir. Kontakt və aerokosmik tədqiqat üsulları istifadə etməklə sahilyanı zonalarda aktiv eroziya proseslərinin getdiyi sahələr aşkar edilmiş və müxtəlif illər üzrə müqayisəli analizlər aparılmışdır. Ərazinin coğrafi infromasiya sistemi (CİS) qurulmuşdur.
Mövcud problemlər və həllər
Layihə ərazisində mövcud problemlərdən biri dəniz hövzəsinə gələn və sahilyanı sahələrdə müxtəlif çeşidli tullantıların mövcud olmasıdır. Buna əsas səbəb gursululuq dövrüdür. Belə ki, yaz və payız gursululuq dövrlərində çayda yaranan güclü axın və sel nəticəsində çay suları müxtəlif çeşidli tullantıları dəniz hövzəsinə gətirir. Sahillər də müxtəlif tullantılarla müşahidə olunmuşdur. Təbii proseslər nəticəsində çay suları müxtəlif çeşidli tullantıları dəhnənin cənub istiqamətinə yönəldir ki, həmin sahə layihə obyektinin ərazisi hesab olunur. Gətirmələrlə xarakterizə olunmuş sahələr topoqrafik plana alınmış, həmçinin iri tullantıların koordinatları və sahələri təyin edilmişdir. Dəniz hövzəsi üzrə aparılmış batimetriya ölçmələrinin məqsədi dib relyefinin öyrənilməsi olmuşdur. Eyni zamanda dəniz dibinin təmizliyinin yoxlanılması işləri yerinə yetirilmişdir.
Növbəti mərhələdə, ekzogen proseslər öyrənilmiş və əvvəlki illər üzrə aparılmış tədqiqat nəticələrinə baxılmışdır. Müqayisəli analiz üzrə fərqlərin məsafədən zondlama verilənləri əsasında aşkara çıxarılması mümkün olmuşdur. Ekzogen prosesin aktivliyi aşkara çıxarılmış və sahil zonasının sərhədlərinin sürətlə dəyişməsi müəyyən edilmişdir. Bu proses davamlılığı ilə səciyyələnmişdir. Ekzogen proseslərin getdiyi sahələr üzrə konturlar detallı ölçmələrlə plana alınmış, nəticədə həll üçün tövsiyə və təkliflər verilmişdir. Sonda, aparılmış tədqiqatlara dair hesabat təqdim olunmuşdur.
EKZOGEN PROSESLƏRİN TƏDQİQİ VƏ BATİMETRİK ÖLÇMƏLƏR (XƏZƏR DƏNİZİNİN LƏNKƏRAN SAHİLLƏRİ)

https://caspiangeomatics.com/