Batimetriya tədqiqatı 16 ha sahədə təkşüalı exolotla aparılmışdır.
Çay eroziyasının aktivliyi çayın deltası və Xəzər dənizi hövzəsinin deltaya yaxın sahələrində və cənub sahillərində batimetrik ölçmə işlərinin aparılmasını zəruri etmişdir. Xəzər dənizinin cənub sahillərində də sahil eroziyası proseslərinin aktivliyi müşahidə edilmişdir. Bu baxımdan, batimetrik tədqiqatlara dair CASPIAN GEOMATICS MMC ilə müqavilə imzalanmışdır.
Çayın dib relyefini nəzərə alaraq batimetriya tədqiqatı zamanı müxtəlif metodoloji yanaşmalar və məsafədən zondlama üsulları geniş istifadə olunmuşdur. Məqsəd çay deltasında və deltaya yaxın sahələrin, dənizin cənub sahillərində dib relyefinin öyrənilməsindən, çöküntülərin təsnif edilməsindən ibarət olmuşdur. Ərazidə risklərin qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı hazırlanmış və risklər minimuma gətirilmişdir.
Batimetriya tədqiqatları qısa müddətdə icra edilmiş, ölçmələr naviqasiya sistemi üzrə aparılmış və nəticədə çay yatağı plana alınmışdır.
Beləliklə, çay sahili üzrə aktiv eroziya səbəbi ilə hövzədə geniş batimetriya tədqiqatları aparılmış, çayın deltası MZ verilənləri əsasında öyrənilmişdir. CİS əsaslı batimetrik xəritə işlənilmiş, çayın deltasının və deltaya yaxın sahələrin dib modeli qurulmuşdur. Çay yatağı üzrə eninə və uzununa 33 ədəd profil qrafikləri tərtib edilmişdir. Bundan başqa, sahil xəttinin konturları ölçülmüş, sahilyanı zonalar topoqrafik plana alınmışdır. Çay dibində gətirmələr əsasında çöküntülər əmələ gəlmiş və onlar müxtəlif sahələr üzrə fərqli göstəricilərə malik olmuşdur. Həmin çöküntülər qalınlıq göstəriciləri üzrə təsnif edilmişdir.
Sonda, batimetriya tədqiqatları ilə bağlı texniki hesabat elektron nüsxələrlə birgə Sifarişçiyə təqdim edilmişdir. Hesabatda, rəqəmsal xəritə və modellər, dib çöküntülərinin təsnifatı, MZ-nin tətbiqi nəticələri və metodika təqdim olunmuşdur. Bundan başqa, həll üsulları və istifadə olunan avadanlıqlar, texniki xassələr, nəticə və qrafiklər, 3D modellər də hesabatda öz əksini tapmışdır. Tədqiqat üzrə SƏTƏM və fövqəladə hallar planları hazırlanıb Sifarişçiyə təqdim edilmişdir.
DELTADA VƏ XƏZƏR DƏNİZİNDƏ BATİMETRİYA TƏDQİQATLARI, DİB ÇÖKÜNTÜLƏRİNİN TƏDQİQİ

https://caspiangeomatics.com/