Bathymetry & topography survey batimetrik tədqiqatlar batimetriya Bakı beynəlxalq dəniz limanı

“YENİ BAKI BEYNƏLXALQ DƏNİZ TİCARƏT LİMANI” LAYİHƏSİ ÜZRƏ BATİMETRİK TƏDQİQATLAR (17 HA)

Batimetrik tədqiqatlar, topoqrafiya və mühəndis geodeziya ölçmələri.

“Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Layihəsi” Mərhələ II çərçivəsində dəniz hövzəsində 17 ha sahədə batimetrik tədqiqatın aparılmasına dair CASPIAN GEOMATICS MMC ilə müqavilə bağlanmışdır. Batimetrik tədqiqatlar üzrə aparılan ölçmələr və mühəndis geodeziya işləri icra qrafikinə uyğun olaraq yerinə yetirilmişdir.

Tədqiqat sahəsi Bakı şəhərinin Qaradağ rayonu ərazisində qismən sahilyanı və Xəzər dənizi hövzəsini əhatə edir.
Tərəfimizdən hövzənin dib relyefi öyrənilmiş, model qurulmuşdur. Ölçmələrin aparılmasında yüksək dəqiqliyə malik avadanlıqlar istifadə edilmişdir. Ölçmə nəticələri mövcud istinad məntəqələrinə bağlantı edilmiş və yüksəklik göstəriciləri Baltik sisteminə gətirilmişdir.

CASPIAN GEOMATICS yerinə yetirmişdir:

  • SƏTƏM planı və risklərin qiymətləndirilməsi;
  • naviqasiya sistemi və batimetrik ölçmələr;
  • sahil zonaların topoqrafik ölçmələri;
  • geodeziya və məntəqə quraşdırma işləri;
  • məsafədən aerokosmik tədqiqat (ortofoto və s.) və CİS təhlili;
  • batimetrik modelləşdirmə və xəritə tərtibatı;
  • model üzrə relyef profillərinin qrafiki tərtibatı;
  • batimetrik tədqiqatın hesabatının hazırlanması.

 

post your comment

× WhatsApp Chat