Rəqəmsal xəritələrin tərtibi məqsədi ilə kontrakt sahələr üzrə topoqrafik ölçmələrin aparılması zərurəti yaranmışdır. Bu məqsədlə, müqavilə bağlanılmış və iş qrafikinə uyğun olaraq coğrafi informasiya sistemləri üzrə qarşıya qoyulmuş məsələlər öz həllini tapmışdır. Layihə ərazisi Azərbaycan Respublikasının bir sıra rayonlarını əhatə etmişdir.
Kontrakt sahələrində obyektlərin koordinatlarının təyin edilməsi (nasos stansiyaları, kommunikasiya və boru xətləri, transformatorlar, rezervuarlar, yeraltı və yerüstü obyektlər) əsas məsələlərdir. Eyni zamanda, neft quyularının koordinatlarının təyini və topoqrafik planalma işləri, coğrafi informasiya sistemləri bazasında rəqəmsal xəritənin tərtibi də vacibdir.
İşin məqsədi və həll edilmiş məsələlər
Müqaviləyə əsasən qısa müddətdə ərazinin rəqəmsal xəritələrin tərtibi və neft quyularını təmin edən bütün xətlərin təsnifatı məsələləri qarşıya qoyulmuşdur.
Tərtib edilmiş xəritədə kontrakt ərazilər üzrə ləğv olunmuş quyular, fəaliyyətsiz və fəal quyular, müşahidə kimi müxtəlif xarakterik məlumatlar öz əksini tapmışdır. Yaşayış məntəqələrin sərhədləri aerokosmik verilənlər üzrə rəqəmsal şəkilə gətirilmişdir. Sahəvi işlər CİS planşetlər və GPS planalma vasitəsilə yerinə yetirilmişdir.
Aşağıdakı məsələlər həll olunmuşdur:
kontrakt ərazisi üzrə elektron xəritə tərtibi.
bütün neft quyularının (quyu fondu üzrə bütün quyular) təminat xətlərinin dəqiqləşdirilməsi (elektrik xətlərin təsnifatı).
bina və qurğuların, kommunikasiya xətlərinin təyini (rezervuarlar, bir sıra yeraltı və yerüstü obyektlər, nasos stansiyaları, neft quyuları, neftyığım məntəqələri, elektrik yarımstansiyaları, transformatorlar, rabitə və digər xətlər, neft və su boruları, saxlanc anbarları və s.).
trassa boyu xətti obyektlərin plana alınması və s.
AZƏRBAYCAN RESPUBLİKASINDA KONTRAKT SAHƏLƏR ÜZRƏ RƏQƏMSAL XƏRİTƏLƏRİN TƏRTİBİ
Rəqəmsal xəritələrin tərtibi məqsədi ilə kontrakt sahələr üzrə topoqrafik ölçmələrin aparılması zərurəti yaranmışdır. Bu məqsədlə, müqavilə bağlanılmış və iş qrafikinə uyğun olaraq coğrafi informasiya sistemləri üzrə qarşıya qoyulmuş məsələlər öz həllini tapmışdır. Layihə ərazisi Azərbaycan Respublikasının bir sıra rayonlarını əhatə etmişdir.
Kontrakt sahələrində obyektlərin koordinatlarının təyin edilməsi (nasos stansiyaları, kommunikasiya və boru xətləri, transformatorlar, rezervuarlar, yeraltı və yerüstü obyektlər) əsas məsələlərdir. Eyni zamanda, neft quyularının koordinatlarının təyini və topoqrafik planalma işləri, coğrafi informasiya sistemləri bazasında rəqəmsal xəritənin tərtibi də vacibdir.
İşin məqsədi və həll edilmiş məsələlər
Müqaviləyə əsasən qısa müddətdə ərazinin rəqəmsal xəritələrin tərtibi və neft quyularını təmin edən bütün xətlərin təsnifatı məsələləri qarşıya qoyulmuşdur.
Tərtib edilmiş xəritədə kontrakt ərazilər üzrə ləğv olunmuş quyular, fəaliyyətsiz və fəal quyular, müşahidə kimi müxtəlif xarakterik məlumatlar öz əksini tapmışdır. Yaşayış məntəqələrin sərhədləri aerokosmik verilənlər üzrə rəqəmsal şəkilə gətirilmişdir. Sahəvi işlər CİS planşetlər və GPS planalma vasitəsilə yerinə yetirilmişdir.
Aşağıdakı məsələlər həll olunmuşdur:
https://caspiangeomatics.com/