CRIPTIC layihəsi üzrə pilot ərazidə ilk tədqiqatlara start verilmişdir.
CRIPTIC – Cleaning Riverine Plastic from a Transboundary Inflow to the Caspian (Xəzər dənizinə axan transsərhəd çayların plastik tullantılardan təmizlənməsi) Handelens Miljøfund ekoloj fond tərəfindən maliyyələşən Norveç-Azərbaycan birgə elmi – tədqiqat layihəsidir. Layihənin reallaşması “CASPIAN GEOMATICS” şirkəti daxil olmaqla yanaşı həm də, BP, ESRI, At-Geotech, Azərkosmos, MONT Group, SPECTRA, Quintessence C&S, Az-Green şirkətləri dəstəkləyir.
Əsas tərəfadaşlar
Layihənin Norveç tərəfindən əsas tərəfdaşları aşağıdakılardır:
“Akvaplan-Niva”
Norveç Su Tədqiqatları İnstitutu (Norwegian Institute for Water Research NIVA)
“SALT, Terra Nor”
Azərbaycan tərəfindən əsas tərəfdaşları aşağıdakılardır:
Azərbaycan Coğrafiya Cəmiyyəti
AMEA Coğrafiya İnstitutu
Xəzər İnteqrasiyalı Elmi-Tədqiqat Şəbəkəsi (CASPISNET)
Su Mütəxəssisləri Birliyi
Azərsu ASC “Sukanal” Elmi-Tədqiqat və Layihə İnstitutu
CRIPTIC layihəsi üzrə tərəfdaş olan CASPISNET təşkilatının dəstəyi ilə baş tutan sahəvi tədqiqatda müxtəlif universitetlər də iştirak etmişlər:
UFAZ
Bakı Mühəndislik Universiteti
Bakı Dövlət Universiteti
Dövlət və özəl sektor olmaqla tədbirdə 15-dən artıq təşkilatdan müxtəlif ixtisaslı tələbə və mühəndislər iştirak edib.
Aparılmış işlər
Heyət CRIPTIC layihəsi üzrə pilot zonada uzunluğu 1200 m, eni 140 m olan zolaqda dron çəkilişlərini yerinə yetirmişlər. Sonra (secondly), yığılan hər bir plastik tullantısının onlayn qeydiyyatına və ərazinin təmizlənməsinə başlanılıb. ilk dəfə Azərbaycanda tətbiq olunan bu metod bir çox mütəxəssis və təşkilatlara müasir dünya təcrübəsindən yararlanaraq plastik tullantılara qarşı mübarızəni ən effektiv şəkildə yerinə yetirməyə kömək edəcək. Toplanmış plastik tullantılar Bakıda yerləşən plastik tullantıların təkrar emalı ilə məşğul olan zavoda təhvil verilmişdir.
Azərbaycan üzrə CRIPTIC layihəsinin rəhbəri, AMEA Coğrafiya İnstitutunun Xəzər Dənizinin Səviyyə problemi şöbəsinin böyük elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Səfərov Elnur bildirib ki, layihənin əsas məqsədi yaxın il yarım ərzində müasir peyk, dron müşahidələrinin, proqramlaşdırma dillərinin, maşın dili, süni intellektin CİS platformasında kompleks tətbiqi ilə modelləşdirlilməsi və toplanan bu təcrübənin azərbaycanlı mütəxəssislərə öyrədilməsidir. Layihənin üç iş paketindən ibarət olduğunu qeyd edən təşkilatçı bunların əsasən çay sahillərinin təmizlənməsi, çayda plastik çirkləndiricilərinin klassifikasiyası, təmizləmə əməliyyatları üçün kartoqrafiya işlərinin yerinə yetirilməsi və ictimaiyyətin cəlb olunmasından ibarət olduğunu diqqətə çatdırıb. O həmçinin tədbirin uğurlu keçməsində göstərdiyi dəstəyə görə Neftçala Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığını bildirib.
Bundan əlavə, pilot zonada nisbətən iri plastik tullantıların böyük ərazilərdə yerləşməsini müəyyən edən yüksək ayırdetməli peyk təsvirlərin əməkdaşlıq əsasında “Azersky” məsafədən zondlama peyki tərəfindən təmin olunması da nəzərdə tutulub.
CRIPTIC layihəsinin icrasına start verildi