Geoloji qazma işləri (430 metr), geofiziki və seysmika tədqiqatları (Seysmika / MASW tədqiqatı / profillərin uzunluğu 120 m).
Bakı şəhərində müxtəlif mərtəbəli yaşayış binalarını inşa etmək üçün geoloji və geofiziki tədqiqatların aparılması ilə bağlı müqavilə imzalanmışdır. Əsas məqsəd sahədə geoloji tədqiqat işlərini və seysmika tədqiqatlarının aparılması, topoqrafik işlərin yerinə yetirilməsi, laboratoriya analizlərinin aparılması olmuşdur. Qazma işləri 430 metr təşkil etmişdir. Tədqiqat ərazisində seysmika tədqiqatları (MASW) aparılmış və bu yanaşma iki profil üzrə icra edilmişdir.
Tərəfimizdən yerinə yetirilmiş mühəndisi axtarış işləri əsasən aşağıdakılardan ibarət olmuşdur:
Sahədə topoqrafik işlərin aparılması;
geoloji və hidrogeoloji şərait üzrə tədqiqat;
geoloji qazma işləri (430 p.m);
geofiziki və seysmika tədqiqatları;
qrunt və su nümunələrinin götürülməsi;
laboratoriya tədqiqatları;
kameral emal işləri.
Tədqiqat sahəsində aparılmış geoloji qazma ilə götürülən qrunt nümunələrinin fiziki-mexaniki göstəriciləri laboratoriya şəraitində standart tələblərə uyğun olaraq təyin edilmişdir. Quyulardan götürülmüş strukturu pozulmamış qrunt, su və onların kimyəvi analizi üçün nümunələr laboratoriya sınaqlarına cəlb edilmişdir. Geoloji-litoloji tədqiqat zamanı normativ sənədlər və qüvvədə olan təlimatlar əsas götürülmüşdür. Sonra, əldə edilən nəticələrlə yanaşı ötən illərin tədqiqat, fond və ədəbiyyat materialları istifadə olunmuşdur. Daha sonra, kəsiliş qatlarının düzgün müəyyən edilməsi üçün səth dalğaların çoxkanallı analizindən istifadə etməklə qatların sərhədləri və qalınlıqları təyin olunmuşdur. Nəticədə, aparılmış tədqiqatlara dair hesabat hazırlanmışdır.
“ALAT CITY” LAYİHƏSİ / MÜHƏNDİSİ TƏDQİQAT (GEOFİZİKA, SEYSMİKA, GEOLOJİ VƏ TOPOQRAFİK AXTARIŞ)
Geoloji qazma işləri (430 metr), geofiziki və seysmika tədqiqatları (Seysmika / MASW tədqiqatı / profillərin uzunluğu 120 m).
Bakı şəhərində müxtəlif mərtəbəli yaşayış binalarını inşa etmək üçün geoloji və geofiziki tədqiqatların aparılması ilə bağlı müqavilə imzalanmışdır. Əsas məqsəd sahədə geoloji tədqiqat işlərini və seysmika tədqiqatlarının aparılması, topoqrafik işlərin yerinə yetirilməsi, laboratoriya analizlərinin aparılması olmuşdur. Qazma işləri 430 metr təşkil etmişdir. Tədqiqat ərazisində seysmika tədqiqatları (MASW) aparılmış və bu yanaşma iki profil üzrə icra edilmişdir.
Tərəfimizdən yerinə yetirilmiş mühəndisi axtarış işləri əsasən aşağıdakılardan ibarət olmuşdur:
Tədqiqat sahəsində aparılmış geoloji qazma ilə götürülən qrunt nümunələrinin fiziki-mexaniki göstəriciləri laboratoriya şəraitində standart tələblərə uyğun olaraq təyin edilmişdir. Quyulardan götürülmüş strukturu pozulmamış qrunt, su və onların kimyəvi analizi üçün nümunələr laboratoriya sınaqlarına cəlb edilmişdir. Geoloji-litoloji tədqiqat zamanı normativ sənədlər və qüvvədə olan təlimatlar əsas götürülmüşdür. Sonra, əldə edilən nəticələrlə yanaşı ötən illərin tədqiqat, fond və ədəbiyyat materialları istifadə olunmuşdur. Daha sonra, kəsiliş qatlarının düzgün müəyyən edilməsi üçün səth dalğaların çoxkanallı analizindən istifadə etməklə qatların sərhədləri və qalınlıqları təyin olunmuşdur. Nəticədə, aparılmış tədqiqatlara dair hesabat hazırlanmışdır.
https://caspiangeomatics.com/