geoloji və hidrogeoloji texniki inventarlaşdırma topographic surveys soil laboratory

NAXÇIVANDA APARILMIŞ SAHƏVİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ

Naxçıvan ərazisi üzrə icra olunan geoloji və hidrogeoloji işlər, əsas kanallar üzrə aparılan böyük miqyaslı ölçmələr və CİS üzrə icra edilən işlər barədə.

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” üzrə topoqrafik ölçmələrin və texniki inventarlaşdırma işlərinin icrası, geoloji və hidrogeoloji tədqiqatların aparılması ilə bağlı Fransanın SOFRECO və CASPIAN GEOMATICS şirkətləri arasında müqavilələr imzalanmışdır.

“Naxçıvan Muxtar Respublikasında İrriqasiya və Drenaj Sistemlərinin İnkişafı Layihəsi” Azərbaycanın Naxçıvan Muxtar Respublikası üzrə uğurlu layihələrdən biri olmuşdur. Layihənin məqsədi Naxçıvan Muxtar Respublikasında suvarma və drenaj sisteminin fəaliyyətinin yaxşılaşdırılması və kənd təsərrüfatı istehsalını və məhsuldarlığını artırmaq olmuşdur.

Layihənin məqsədindən irəli gələrək, əsas kanalların mövcud vəziyyətinin qiymətləndirilməsi, kanallar üzrə texniki inventarlaşdırma işlərinin aparılması, həmçinin Bənəniyar kanalının topoqrafiya ölçmələrinin yerinə yetirilməsi və ərazidə fundamental geodeziya istinad məntəqələrinin quraşdırılması qarşıda duran  məsələlər olmuşdur. Eyni zamanda, ərazidə 5 sxem üzrə kompleks geoloji və hidrogeoloji tədqiqatların aparılması, həmçinin qrunt laboratoriya tədqiqatlarının icrası və götürülmüş nümunələr üzərində kimyəvi analizlərin aparılması (qrunt və su nümunələri) da əsas hədəflərə aiddir.

Tədqiqat çərçivəsində aşağıdakı məsələlər həll edilmişdir:

  1. Əsas kanallar olan Bənəniyar, Qaraçuq və Arpaçay (sağ və sol kanallar daxil) kanallarının texniki inventarlaşdırma işləri aparılmışdır (77 km).
  2. Bənəniyar kanalı üzrə topoqrafik ölçmələr yerinə yetirilmiş, kanalın böyük miqyaslı topoqrafik xəritəsi tərtib edilmişdir.
  3. Bənəniyar kanalı üzrə müvəqqəti və daimi geodeziya istinad məntəqələri quraşdırılmış, GPS statik ölçmələr yerinə yetirilmiş, nivelirləmə işləri aparılmışdır.
  4. Bənəniyar kanalı üzrə uzununa və eninə profillərin qrafiki tərtibatı işləri icra edilmişdir.
  5. Bənəniyar kanalının 3D rəqəmsal relyef modeli qurulmuşdur.
  6. Tədqiqat ərazisi üzrə kompleks mühəndisi-geoloji və hidrogeoloji tədqiqatlar aparılmışdır.
  7. Tədqiqat ərazilərinin faktiki materiallar və geoloji xəritələri, mühəndisi-geoloji xəritələri, kimyəvi tərkib xəritələri, qrunt sularının minerallaşma dərəcəsi xəritələri, yeraltı suların yatım dərinliyi xəritələri tərtib edilmişdir.
  8. Tədqiqat ərazilərində müşahidə quyuları və mühəndisi-geoloji kəşfiyyat quyuları, həmçinin şurflar qazılmışdır.
  9. Strukturu pozulmuş və pozulmamış qrunt nümunələri götürülmüş, qrunt laboratoriya tədqiqatları aparılmış, həmçinin suyun və qruntun kimyəvi analizləri aparılmışdır.

 https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat