geoloji hidrogeoloji şamaxı hydrogeological geological

“ŞAMAXI REKREASİYA MƏRKƏZİ” LAYİHƏSİ ÜZRƏ GEOLOJİ VƏ HİDROGEOLOJİ TƏDQİQATLAR

Şamaxı rayonunun Nağaraxana ərazisində geoloji və hidrogeoloji şəraitin araşdırılması ilə bağlı geniş miqyaslı kompleks tədqiqatlar aparılmışdır.

Aparılmış tədqiqatlar:

  • mühəndisi – geoloji və hidrogeoloji planlama işləri;
  • geologiya və hidrogeologiya tədqiqatları;
  • topoqrafik ölçmələr və nişanlama işləri;
  • layihə üzrə yerləşmiş kəşfiyyat quyularının naturaya köçürülməsi;
  • qazma işləri və strukturu pozulmayan nümunələrin götürülməsi;
  • hidrogeoloji quyulara boruların salınması, suyun rastgəlmə dərinliyi və qərarlaşma səviyyəsinin təyini;
  • hidrogeoloji parametrlərin təyini;
  • tədqiqat ərazisinin faktiki materiallar xəritəsinin tərtibi;
  • tədqiqat ərazisində yeraltı suların hərəkət istiqamətinin təyini və xəritə tərtibatı;
  • qruntların fiziki-mexaniki xüsusiyyətlərinin və su nümunələrinin öyrənilməsi.

Nəticə

Yekunda, Şamaxı rayonunun Nağaraxana ərazisi üzrə Shamakhi Recreation Center layihəsinə ayrılmış sahədə geoloji və hidrogeoloji işlər qrafik üzrə yerinə yetirilmişdir. Alınan nəticə və arxiv materiallar təhlil edilərək 132 səhifədən ibarət mühəndisi geoloji hesabat tərtib edilmişdir. Layihələndirmə üçün geologiya və hidrogeologiya tədqiqatlarının məqsədi geoloji-litoloji quruluşu, hidrogeoloji şəraiti, ekzogen geoloji prosesləri və təzahürləri öyrənmək olmuşdur.

Ərazidə geoloji–litoloji quruluşu öyrənmək üçün sütuncuqlu qazma üsulu ilə quyular qazılmış və qrunt nümunələri götürülmüşdür. Geologiya kəşfiyyatı zamanı müxtəlif dərinliklərdən götürülən strukturu pozulmamış qrunt nümunələrinin kimyəvi tərkibi, fiziki-mexaniki xassələri qaydalara əsasən öyrənilmişdir. Laboratoriya tədqiqatlarının nəticələri hesabata daxil edilmişdir. Geoloji axtarış işləri, laboratoriya və kameral işlərdə normativ sənədlər və qüvvədə olan təlimatlar əsas götürülmüşdür. Geologiya və hidrogeologiya axtarış işləri zamanı arxiv materiallardan da istifadə olunmuşdur.

Tədqiqat sahəsinin tikinti obyektində müxtəlif dərinliklərdə (10-20 metr) mühəndisi–geoloji və hidrogeoloji quyular qazılmış, müxtəlif istiqamətli 9 ədəd litoloji profillər hazırlanmışdır. Ümumilikdə müxtəlif dərinliklərdə geoloji kəsilişin hər bir litoloji fərqlənmə üzrə 37 qrunt nümunəsi götürülmüşdür. Geoloji-litoloji quruluşdakı qruntların xassələrinə və konsistensiya göstəricisi üzrə 3 litoloji vahiddən 7 mühəndisi–geoloji element ayrılmışdır.

 

https://caspiangeomatics.com/ 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat