Side Scan Sonar survey and bathymetric surveys sonar imaging MBES multibeam bathymetry batimetriya tədqiqatı sonar çəkilişləri

XƏZƏR DƏNİZİNDƏ SIDE-SCAN SONAR ÇƏKİLİŞİ VƏ BATİMETRİYA TƏDQİQATLARI / BUZOVNA SAHİLİ

Sonar və batimetriya tədqiqatları sahil xəttindən 250 metrə qədər olan ərazilərdə aparılmış,  qurulmuş 28 ədəd profil əsasında ərazi  təhlil edilmişdir.

Xəzər rayonunun dəniz sahili boyu çimərlik sahəsinin salınması məqsədilə hövzədə sonar və batimetriya tədqiqatlarının aparılması zərurət yaranmışdır. Bu məqsədlə, CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Layihə ərazisində aparılmış batimetrik ölçmələr və side scan sonar çəkilişləri sahil xəttindən 250 metrə qədər olan əraziləri əhatə etmişdir.

Məsələnin həll üsulları

Ərazinin mürəkkəbliyini nəzərə alaraq sonar və batimetriya tədqiqatları zamanı müxtəlif metodoloji yanaşmalar və məsafədən zondlama üsulları geniş istifadə olunubdur. Əsas məqsəd layihə ərazisi üzrə dəniz hövzəsində sahil bəndlərinin və daşlıq sahələrin, sualtı təhlükəli ərazilərin geometrik göstəricilərinin təyini olmuşdur. Sualtı obyektlərin təyini və inventarizasiyası, onların təsnif olunması, dib relyefinin səth modelinin qurulması da həll olunmalı məsələlərdir. İlkin olaraq , ərazidə risklərin qiymətləndirilməsi aparılmış, SƏTƏM tədbirlər planı hazırlanmış, bütün risk ehtimalları minimuma gətirilmişdir. Dib obyektlərin inventarizasiya xəritəsi tərtib olunmuşdur. 

Beləliklə, sonar və batimetrik ölçmələr üzrə bərk süxur çıxıntıları, daşlıq sahələr, dəmir-beton yığınları aşkarlanıb qeydə alınmışdır (sonar kontakt). Onların koordinatları və geometrik ölçüləri (həndəsi xassələri) dəqiqləşmişdir. CİS əsasında batimetriya xəritəsi tərtib olunmuş və həmin obyektlər xəritədə öz əksini tapmışdır. Metodiki olaraq qayığın qalslarla hərəkəti üçün naviqasiya sistemi qurulmuş, dayaz sahələrdə dib relyefi planalması icra edilmişdir. Dərin sularda isə təkşüalı sistemdən və sonar planalma istifadə edilmişdir.

Nəticədə, təsvirlər mozayka olunmuş və 10 sm ayırdetməli akustik təsvirlər alınmışdır. Təhlükəli sahələr təsnif edilərək tərtib edilən rəqəmsal xəritələrə əlavə edilmişdir. Nəticələr emal olunmuş və dib relyefinin batimetriya modeli qurulmuşdur. İnterpretasiya əsasında sonar verilənləri emal edilmiş, təhlil olunmuş və akustik təsvirlər alınmış, həmçinin təsvirlər əsasında qayalıqların (sahil bəndləri) və daşlıqların konturları ayırd edilmişdir. Daha sonra, dib relyefinin 3D modeli qurulmuş, batimetrik modelə əsasən profil qrafikləri tərtib olunmuşdur. Eyni zamanda, MZ üsullarından istifadə etməklə dəniz hövzəsində qismən daşlıq sahələr detekt olunmuş, ərazinin ümumi planı hazırlanmışdır.

Nəticə

Sonda, aparılmış sonar və batimetriya tədqiqatları ilə bağlı hesabat hazırlanmış və Sifarişçiyə elektron nüsxələrlə birlikdə (CAD/CİS variantları) təqdim edilmişdir. Hesabatda tərtib etdiyimiz xəritə və modellər, sualtı obyektlərin təsnifatı, MZ-nin nəticələri, metodologiya, avadanlıqların texniki spesifikasiyaları, əldə olunmuş nəticələr, profillər və s. geniş şəkildə öz əksini tapır.

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat