Wireline coring system (240 m), Geofizika (396 m), Səth Dalğalarının Çoxkanallı Analizi (MASW), Topoqrafiya 4.2 ha, Hidrogeologiya.
Bağlanmış ikitərəfli müqavilə əsasında Şuşa şəhərində Teleqüllənin təyin olunmuş ərazisində topoqrafik, geoloji və geofiziki tədqiqat işləri aparılmış, qrunt laboratoriya tədqiqatları yerinə yetirilmişdir. Geoloji və geofiziki tədqiqatların, həmçinin hidrogeoloji araşdırmaların aparılması ərazinin seysmikliyinin tədqiq olunmasına, geoloji-litoloji quruluşu, hidrogeoloji şəraiti öyrənməyə xidmət etmiş, sahənin ekzogen-geoloji prosesləri öyrənilmişdir. Qazmanın ümumi həcmi 240 p.m təşkil etmişdir. Qazma işləri GEO 900 (GEO 900 Drill rig) vasitəsilə yerinə yetirilmişdir.
Mühəndisi geoloji qazma işləri “Wire Line” qazma sistemli, əsas etibarilə davamlı nümunəgötürmə ilə həyata keçirilmişdir. Qazılmış quyuların diametri 108 mm, götürülmüş nümunələrin diametri isə 96 mm təşkil etmişdir. Tədqiqat sahəsində mühəndisi-geoloji elementləri ayırmaq və onların geotexniki parametrlərini ümumiləşdirmək üçün quyularda geoloji kəsilişin hər bir litoloji fərqinə əsasən qrunt nümunələri laboratoriyada sınaqdan keçirilmişdir.
Tədqiqat sahəsində seysmoloji ölçmələr hər birinin arasında məsafə 6.5 və 10.0 m olmaqla 24 geofondan ibarət 2 seysmik profil xətti keçirilmişdir. Profillərin uzunluğu uyğun olaraq 156 m və 240 m təşkil edir.
Ərazidə aparılmış tədqiqat işlərinə daxil olmuşdur:
topoqrafiya ölçmələri və xəritələşdirmə işləri;
seysmikliyin öyrənilməsi məqsədilə geofizika tədqiqatların aparılması (MASW- 2 profilli xətt üzrə cəm uzunluq 396 m);
layihələndirilən ərazidə 9 ədəd mühəndisi-geoloji kəşfiyyat quyuları üzrə ümumi həcm 240 m olmaqla qazma işlərinin aparılması (wireline coring system);
ŞUŞA ŞƏHƏRİNDƏ TELEQÜLLƏNİN LAYİHƏLƏNDİRİLMƏSİ MƏQSƏDİ İLƏ TƏDQİQATLARIN APARILMASI
Wireline coring system (240 m), Geofizika (396 m), Səth Dalğalarının Çoxkanallı Analizi (MASW), Topoqrafiya 4.2 ha, Hidrogeologiya.
Bağlanmış ikitərəfli müqavilə əsasında Şuşa şəhərində Teleqüllənin təyin olunmuş ərazisində topoqrafik, geoloji və geofiziki tədqiqat işləri aparılmış, qrunt laboratoriya tədqiqatları yerinə yetirilmişdir. Geoloji və geofiziki tədqiqatların, həmçinin hidrogeoloji araşdırmaların aparılması ərazinin seysmikliyinin tədqiq olunmasına, geoloji-litoloji quruluşu, hidrogeoloji şəraiti öyrənməyə xidmət etmiş, sahənin ekzogen-geoloji prosesləri öyrənilmişdir. Qazmanın ümumi həcmi 240 p.m təşkil etmişdir. Qazma işləri GEO 900 (GEO 900 Drill rig) vasitəsilə yerinə yetirilmişdir.
Mühəndisi geoloji qazma işləri “Wire Line” qazma sistemli, əsas etibarilə davamlı nümunəgötürmə ilə həyata keçirilmişdir. Qazılmış quyuların diametri 108 mm, götürülmüş nümunələrin diametri isə 96 mm təşkil etmişdir. Tədqiqat sahəsində mühəndisi-geoloji elementləri ayırmaq və onların geotexniki parametrlərini ümumiləşdirmək üçün quyularda geoloji kəsilişin hər bir litoloji fərqinə əsasən qrunt nümunələri laboratoriyada sınaqdan keçirilmişdir.
Tədqiqat sahəsində seysmoloji ölçmələr hər birinin arasında məsafə 6.5 və 10.0 m olmaqla 24 geofondan ibarət 2 seysmik profil xətti keçirilmişdir. Profillərin uzunluğu uyğun olaraq 156 m və 240 m təşkil edir.
Ərazidə aparılmış tədqiqat işlərinə daxil olmuşdur:
https://caspiangeomatics.com/