Hidrogeoloji və geofiziki Hydrogeology, geophysics geophysical surveys

XIZI RAYONUNDA SU MƏNBƏYİNİN AXTARIŞI VƏ KƏŞFİYYATI ÜZRƏ APARILMIŞ TƏDQİQATLAR

Hidrogeoloji və geofiziki parametrlərin təyini (geofiziki profillərin cəm uzunluğu 1.3 km)

İmzalanmış ikitərəfli müqavilə əsasında su təminatının yaxşılaşdırılması üçün su mənbəyinin axtarışı və kəşfiyyatı məqsədi ilə Xızı rayonunda CASPIAN GEOMATICS şirkəti tərəfindən kompleks hidrogeoloji və geofiziki tədqiqatlar aparılmışdır. Tədqiqat ərazisinin ümumi sahəsi 442 km2 təşkil etmişdir. Tədqiqatlar zamanı su mənbələrinin yerləşən sahələri, süxurların yaşı, suların sərfi, kimyəvi tərkibi öyrənilmişdir. Mövcud subartezian quyularının yeri, konstruksiyası (quyularda yeraltı suların statik və dinamik səviyyələri, səviyyənin enməsi) təyin olunmuş, alınmış məlumatlara əsasən hidrogeoloji parametrlər təyin edilmişdir. Eyni zamanda, hidrogeoloji parametrlərin təyini üçün quyularda təcrübi işlər aparılmış, səviyyələrin dəyişməsi üzərində sınaq işləri yerinə yetirilmişdir. Hidrogeoloji tədqiqatlar Qızılqazma, Baxışlı, Xələnc, Yarımca, Altıağac məntəqələrində aparılmışdır.

Geofiziki tədqiqatların aparılması üçün şaquli elektrik zondlama (ŞEZ) üsulu seçilmişdir. Geofiziki tədqiqat işləri Yarımca, Xələnc, Baxışlı kəndləri və Dahardibində aparılmışdır. Müxtəlif sahələr üzrə ŞEZ üsulu ilə geofiziki işlər aparılmış, sahələrin geofiziki-litoloji şəraiti öyrənilmişdir. Geofiziki profillərin cəm uzunluğu 1300 m təşkil etmişdir.

Həll edilmiş məsələlər:

  • fond materialları təhlil edilmişdir;
  • mövcud su təchizatı sisteminin texniki vəziyyəti araşdırılmış, əsas su mənbələri öyrənilmişdir;
  • kartoqrafik əsas yaradılmışdır;
  • informativ geoməlumat bazası qurulmuşdur;
  • aerokosmik üsullar əsasında ehtimal olunan potensial sahələrdə su mənbələri araşdırılmış, geoloji şərait öyrənilmişdir;
  • subartezian və digər quyulara baxılmış, sınaq işləri aparılmış, hidrogeoloji parametrlər təyin olunmuş, nəticələr müqayisəli təhlil edilmişdir;
  • potensial sahələrdə geofiziki işlər aparılmış, zond sxemləri hazırlanmışdır;
  • geofiziki tədqiqatlar üzrə sahə məlumatları interpretasiya olunmuş, hidrogeoloji və geofiziki parametrlər təyin olunmuşdur;
  • 3D geofiziki modellər və litoloji kəsilişlər tərtib edilmişdir;
  • yeraltı su laylarının yatma dərinliyi və qalınlıqları təyin edilmiş, nəticələr analiz olunmuşdur;
  • tədqiqatlara dair hesabat hazırlanmışdır.

 

https://caspiangeomatics.com/

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat