Batimetriya tədqiqatı (hidroqrafik ölçmə), side-scan sonar, hidroqrafik xəritə tərtibi, su sərfi və səviyyə ölçməsi, modelləşdirmə istiqaməti üzrə CASPIAN GEOMATICS peşəkar xidmətlər təklif edir.

Batimetriya (sonar) batimetriya tədqiqatı batimetriya sonar

Təcrübəmiz

SƏTƏM siyasətinə əməl etməklə dayaz və dərin sahələrdə Sonar və batimetrik ölçmələri icra edirik. Heyətimiz beynəlxalq SƏTƏM sertifikatlarına və IMO model sertifikatlarına malikdir. Hidrotexniki qurğuların layihələndirilməsi və tikintisi məqsədilə hidroqrafik obyektlərdə (dəniz akvatoriyası, çay və göllər, su anbarı) batimetrik tədqiqatın aparılması üçün lisenziyaya malikik. Dəniz akvatoriyası, çay və göllər, irriqasiya kanalları, su anbarları üzrə batimetrik tədqiqat və sonar çəkilişləri aparmaqla çoxsaylı müqavilələrə imza atmışıq.

Sifarişçiyə hesabat təqdim olunur. Hesabatda batimetriya tədqiqatları və sonar çəkilişi nəticələri üzrə tətbiq olunan metodologiya və istifadə olunan avadanlıqlar, xəritə və modellər, mozayka olunan təsvirlər və digər məlumatlar öz əksini tapır. Eyni zamanda Sifarişçiyə risklərin qiymətləndirilməsi cədvəli, fövqəladə hallar planı və SƏTƏM siyasəti təqdim olunur.

Batimetriya tədqiqatı və Sonar ölçmə nəticələri

  • dib relyefi modeli və sualtı obyektlərin təsnifatı
  • profil qrafiki, batimetrik xəritə, həcm hesablama
  • Sonar əsaslı mozaykalı akustik təsvirlər
  • Batimetrik tədqiqatlara dair hesabat və s.

Müasir texniki baza üzrə xidmətlər

  • batimetriya tədqiqatları, side-scan sonar, hidroqrafik xəritə tərtibi
  • limnoloji tədqiqatlar (limnologiya)
  • kompleks dəniz geodeziya xidmətləri
  • akustik təsvirlərin qurulması, modelləşdirmə
  • gəminin təhlükəsiz hərəkəti üçün axtarış işləri
  • batmış sualtı obyektin axtarışı, müqayisəli analiz
  • sualtı təhlükəli obyektin tanınması və təsnifatı
  • sahil idarəetmə tədqiqatları
  • su sərfi və səviyyə ölçmələrinin aparılması
  • sedimentasiya, dib çöküntüləri tədqiqatı
  • təsnifat və inventarizasiya, hidroloji tədqiqat

 

sonar_side scan sonar batimetriya sonar

SƏTƏM

Batimetriya sonar tədqiqatları zamanı geodeziyada təhlükəsizlik qaydalarına əməl olunur. Risklər qiymətləndirilir, təhlükə ehtimalları minimuma endirilir və təhlükəsizlik təmin olunur.

bir sıra görülmüş işləri nəzərdən keçirin

bukleti yükləyin


Həmçinin baxın:

Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat