Geologiya və hidrogeologiya, geofizika, geoloji xəritə tərtibi, geoloji CİS, kompleks geofiziki tədqiqatlar, qrunt və su laboratoriya analizləri üzrə şirkətimiz peşəkar xidmətlər göstərir.
Cəmiyyət seysmik rayonlaşdırma, təhlükənin qiymətləndirilməsi, elektrik kəşfiyyatı, səth hərəkətlərin monitorinqi, mühəndis geofizika və geofiziki tədqiqatlar üzrə xidmətlər göstərir. Hidrogeoloji və Geoloji, həmçinin geofiziki tədqiqatlar üzrə çoxsaylı müqavilələr imzalanmışdır.
Geoloji və hidrogeoloji xidmətlər:
- mühəndisi-geologiya araşdırmaları
- fond materialların tədqiqi (geoloji, geofiziki, hidrogeoloji), müqayisəli analiz
- kəşfiyyat quyularının qazılması
- infrastruktur layihələrdə geologiya təminatı
- geotexniki tədqiqat (SPT, CPT, pressiometr, inklinometr) və hidrogeologiya tədqiqatı
- geologiya və hidrogeologiya axtarışları
- dəniz stasionar özüllərin geoloji tədqiqi
- geoloji xəritələrin tərtibi və geoloji CİS
- axtarış-kəşfiyyat işləri (su ehtiyatı, mədən)
- yeraltı su laylarının rastgəlmə dərinliyinin və qalınlıqlarının (sulu horizontların) təyini
- su mənbələri üzrə axtarış-kəşfiyyat işləri
- quyularda təcrübi-sınaq işlərinin aparılması
- hidrogeoloji parametrlərin hesablanması
- su təchizatı və texniki vəziyyətin tədqiqi
- qrunt laboratoriya tədqiqatları
Geofizika xidməti (geofiziki xidmət):
- marşrutlar üzrə geofiziki tədqiqat
- geofiziki karotaj işləri
- geofiziki zondların yerləşmə sxeminin tərtibi
- interpretasiya, geofiziki parametrlərin təyini
- 3D geofiziki model və litoloji kəsiliş tərtibi
- side scan sonar çəkilişi
- seysmoakustik profilləmə işləri
- üfüqi və şaquli geofiziki kəsiliş tərtibi,
- səth dalğaları – MASW, Re.Mi., ESAC, Vs30, MAAM və s. / hidrogeoloji tədqiqatlar üzrə geofizika ölçmələri
- HVSR / Vibrations
- Downhole və Crosshole testləri
- su ehtiyatlarının geofiziki tədqiqi
- sürüşmənin tədqiqi, sürüşmə müstəvisinin təyini
- şaquli elektrik zondlama (ŞEZ) metodu / Vertical Electrical Soundings (VES)
- qravimetrik tədqiqatlar
- mikroseysmik tədqiqatlar (microtremor)
Həmçinin baxın:
Geomatika xidmətləri
Ətraf mühit xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası