Geodeziya, topoqrafiya, geoinformasiya sistemi, xəritəçəkmə, batimetriya, fotoqrammetriya (dron), məsafədən zondlama üzrə xidmətlər göstəririk. Obyekt və hadisəni modelləşdirmək, tendensiyaları anlamaq üçün səbəbləri araşdırmaq məqsədilə CİS texnologiyasından geniş istifadə edilir. CİS-in tətbiq sferasının geniş olmasına baxmayaraq, təcrübəmiz müxtəlif mövzular üzrə CİS-i qurmağa və ətraf mühiti dərindən öyrənməyə, həm də elmi-tədqiqat işlərini icra etməyə xüsusi imkanlar verir.

CİS XİDMƏTLƏRİ

  • Geoməkan verilənlər bazası
  • məkan məlumatlarının idarə olunması
  • geoməlumat bazasının qurulması
  • struktur layihələndirmə
  • məkan analizi və modelləşdirmə
  • obyekt və hadisələrin geoinformasiya təhlili

Geodeziya batimetriya fotoqrammetriya

GEODEZİYA XİDMƏTLƏRİ

  • Mühəndis geodeziya və topoqrafiya ölçmələri
  • peyk və dron əsaslı fotoqrammetriya xidməti
  • müşahidə (nəzarət) və həcm hesablamaları
  • dəniz geodeziyası (batimetriya)
  • hidrotexniki qurğuların texniki inventerizasiyası
  • layihənin yerə köçürülməsi (naturaya köçürmə)
  • geodezik monitorinq sistemi və şəbəkə qurma
  • nivelirləmə və topoqrafiya xəritələrinin tərtibi
  • lazer skan ölçmələri və lidar texnologiyası
  • icraedici sxemlərin tərtibi, geodeziya təminatı
  • qurğu və konstruksiya üzrə deformasiya tədqiqi

KARTOQRAFİYA XİDMƏTLƏRİ

Kartoqrafiya (xəritəçəkmə)

Kartoqrafiya (Xəritəçəkmə) xidmətimizə verilənlər əsasında tematik xəritələrin tərtibi, topoqrafik xəritə və planların hazırlanması, yenilənməsi, CİS və CAD xidməti, atlas tərtibatı və dizaynı, veb xəritə və sistem inteqrasiyası daxildir. Xəritəçilik elmi ilə dərindən məşğul olmaqla zəngin təcrübə əldə etmişik. Tərəfimizdən çoxsaylı topoqrafik xəritələr tərtib edilmiş, tematik xəritə tərtibi sahəsində bir çox layihələr icra olunmuşdur. Xəritələrin tərtibi zamanı tərəfimizdən kartoqrafik qaydalara ciddi əməl olunur və dizayn meyarına həssas yanaşılır. Xəritə dizaynı zamanı rənglərlə işləmə bacarığı və rəngləri hiss etmək lazım gəlir. Bu halda rənglərin təbiəti və onların harmoniyası önəmli olur. Bu səbəbdən hər bir xəritəyə xüsusi yanaşılır və bu yanaşmalarımız xəritələrə rəng qatır, həmçinin kompozisiya uyğunluğu təmin olunur.

MƏSAFƏDƏN ZONDLAMA 

  • Spektral analizlər üzrə tematik-təsnifat xəritələri
  • spektral xarakteristikaların təyini
  • obyekt və hadisələrdə dəyişikliyin təyini
  • aerokosmik monitorinq, piksel dəyərləndirmə
  • antropogen təsirlərin qiymətləndirilməsi
  • ekoloji qiymətləndirmə və s.

Cəmiyyətimiz məsafədən aerokosmik tədqiqat üsullarını fərqli sahələrdə tətbiq etmək imkanlarına malikdir. Bu sahələrə əsasən sahil idarəetmə, kənd təsərrüfatı, şəhərsalma, dağ-mədən və ətraf mühit aiddir. Hidroloji və ekoloji, su ehtiyatları, ekocoğrafi, geolandşaft, hidroqrafiya obyektlərinin tədqiqi, geoloji və ekogeomorfoloji tədqiqatlar üzrə məsafədən aerokosmik üsullarını daha geniş istifadə etməklə müxtəlif ayırdetməli aerokosmik təsvirlər əsasında struktur və proqnoz, alterasiya və təsnifat, həmçinin ətraf mühit xəritələrini tərtib edirik və hesabatlar hazırlayırıq.

FOTOQRAMMETRİYA XİDMƏTLƏRİ

  • yüksək ayırdetməli ortofotoplanların tərtibi
  • LIDAR / nöqtələr buludu
  • orto-rektifikasiya, DEM/DTM
  • dron ölçmələri və topoqrafik xəritəçəkmə
  • fotoqrammetriya əsaslı həcmi hesablama

Hidroqrafiya (batimetriya_sonar) dron

HİDROQRAFİK ÖLÇMƏ XİDMƏTLƏRİ

  • Batimetriya tədqiqatı, hidroqrafik xəritə tərtibi
  • limnoloji tədqiqatlar (limnologiya)
  • side-scan sonar ölçmələri, dib relyefinin tədqiqi
  • yüksək ayırdetməli akustik təsvirlərin qurulması
  • təhlükəli zonaların və sualtı obyektlərin təyini
  • dinamik dəyişmə, sedimentasiya
  • su sərfi, səviyyə və digər ölçmələrin icrası

bir sıra görülmüş işləri nəzərdən keçirin

bukleti yükləyin


Həmçinin baxın:

Ətraf mühit xidmətləri
Geologiya və Geofizika xidmətləri
Hidroqrafiya xidmətləri
Konsultasiya xidmətləri
İT və sistem inteqrasiyası

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 646 45 83 (WhatsApp)
× WhatsApp Chat