Mühəndis geodeziya işləri 1.3 ha qeyri-yaşayış sahəsində aparılmış, 1:100 miqyaslı planalma yerinə yetirilmişdir.
Nəsimi rayonunda qeyri-yaşayış obyekti üzrə layihələndirmə işləri üçün geodeziya işlərinə zərurət yaranmışdır. Bu baxımdan, CASPIAN GEOMATICS şirkəti ilə müqavilə imzalanmışdır. Obyekt çoxmərtəbəli müasir tipli daş üzlüklə örtülmüş binanın iki mərtəbəsini əhatə etməklə çoxsaylı girişlərdən ibarət olmuşdur.
Layihənin məqsədi
Mühəndis geodeziya işləri üzrə əsas məqsəd obyekt üzrə planalma işlərinin aparılması olmuşdur. Geodeziya işləri üzrə hüquqi sənədlər rəhbər olaaraq aparılmış ölçmələr plan üzrə 0-100 mm, vertikal dəqiqlik üzrə 0-5 mm intervallarda olmuşdur. Metodoloji olaraq bütün detallara baxılmış, texniki tapşırığa əsasən məsələlər öz həllini tapmış və hər girişə ayrıca profillər qurulmuşdur. Qeyri-yaşayış sahəsində olan dəmir-beton elementləri, sütun, divar, rigel, pilləkən qəfəsləri, lift və digər elementlər rəqəmsal icra planlarında işlənilmişdir. Döşəmələrin, tavan və rigellərin alt səviyyələri təyin edilmiş, həmçinin döşəmə səviyyələri sıx nöqtələr üzrə paylanmışdır. Boşluq sahələr, ara keçidlərin geometrik ölçüləri təyin olunmuş, giriş profilləri qurulmuş və hesabata əlavə edilmişdir.
Dəmir-beton elementləri üzrə sahədə 1:100 miqyaslı icra planalması aparılmışdır. Mərtəbələrdə olan mövcud kommunikasiya detalları və mərtəbə boşluqları təyin olunmuşdur. Döşəmə, tavan və rigellərin alt səviyyələri təyin olunmuş, səviyyələr paylanmışdır. Qeyri yaşayış sahəsində pəncərə, qapı boşluqları və digər ara keçidlərin geometrik ölçüləri qeyd edilmişdir. GİM-lər tarazlaşdırılıb nişanlanmış, vahid plan tərtib olunmuş, həmçinin bütün elementlər müvafiq laylara bölünmüşdür. Görülən geodeziya işləri ilə bağlı nəticə olaraq hesabat hazırlanmışdır. Rəqəmsal plan və metodika hesabatda geniş şəkildə öz əksini tapır. Hesabatda mühəndis geodeziya işləri üzrə kameral emalın nəticələri də göstərilir.
BAKI ŞƏHƏRİNİN MƏRKƏZİNDƏ ÇOXMƏRTƏBƏLİ QEYRİ-YAŞAYIŞ SAHƏSİNİN GEODEZİYA ÖLÇMƏLƏRİ

https://caspiangeomatics.com/