14 Noyabr 2018-ci il tarixində “CİS Günü” adlı tədbir təşkil olundu

14 noyabr 2018-ci il tarixində Xəzər Universitetində Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsinin qalibi olmuş Bakı şəhəri 78 nömrəli tam orta məktəbin “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihəsi çərçivəsində “CİS GÜNÜ” tədbiri keçirildi. Əsası 1999-cu ildə ABŞ-da qoyulan CİS Günü sonradan digər ölkələrdə də keçirilməyə başlanılıb. CİS Günü “ESRI” şirkətinin prezidenti və qurucusu, CİS və coğrafi məlumat bazasının idarə edilməsi proqram təminatlarının beynəlxalq təchizatçısı Cek Dangermond tərəfindən təsis edilib. Hazırda dünyada 74 ölkə CİS Gününü qeyd edir.

Tədbirdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərindən müəllimlər, layihə heyətinin üzvləri, CİS mütəxəssisləri, dissertant və doktorantlar iştirak etmişlər.

 

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat