“Toksik çirkləndiricilərin ətraf mühitə təsiri” mövzusunda seminar

13 fevral 2018 tarixində Xəzər Universitetinin Coğrafiya və Ətraf Mühit Elmləri departamentinin təşəbbüsü ilə “Toksik Çirkləndiricilərin Ətraf Mühitə Təsiri” mövzusunda elmi-praktiki seminar keçirildi.

Seminarda departamentin əməkdaşları, Xəzər Universitetinin və Bakı Dövlət Universitetinin tələbələri, ABŞ-ın Blacksmith İnstitutunun nümayəndəsi Pyotr Şarov, Avropa İttifaqının monitorinq eksperti Eduardo Limbert, CASPIAN GEOMATICS elmi-tədqiqat və mühəndislik şirkətindən Geomatika mühəndisi Elvin Alıyev və Ekologiya mühəndisi Sadıq Seyidzadə;  Kənd Təsərrüfatı Nazirliyindən pestisidlər üzrə ekspert Xoşqədəm Ələsgərova; Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Oqtay Cəfərov, Adil Zeynalov və baş mütəxəssis Zəki Həsənzadə; Səhiyyə Nazirliyindən həkim Səadət Abbaszadə; SOCAR-ın Ekologiya Mərkəzindən Süleyman Əzizov, Fərhad Davudov, Əbülfəs Allahverdiyev, Nazim Məmmədov, Eldar Zeynalov və Nizami İsmayılov; Bakı Ali Neft Məktəbinin baş müəllimi Sevda Zərgərova; Təmiz Şəhər ASC-dən QHT üzrə mühəndis Cahangir Məmmədzadə; Lənkəran Dövlət Universitetinin müəllimi Cavidan Əliyev; AMEA-nın Torpaqşünaslıq və Coğrafiya İnstitunun nümayəndələri – aparıcı elmi işçi Rövşən Kərimov, elmi işçilər Anar Abutalıbov, Elvin Əmrahov, Nicat İmamverdiyev və Emil Cəbrayılov; Fulbrayt təqaüdçüsü Robert Jeklin iştirak edirdilər.

Xəzər Universitetinin Elmi işlər üzrə prorektoru İradə Xəlilova, Coğrafiya və ətraf mühit departamentinin müdiri Rövşən Abbasov, Pyotr Şarov, Eduardo Limbert, Xoşqədəm Ələsgərova, Oqtay Cəfərov, Adil Zeynalov, Zəki Həsənzadə, Robert Jeklin çıxış edərək, mövzunun müxtəlif cəhətlərindən bəhs etdilər və seminar müzakirələrlə işini davam etdirdi.

post your comment

Khojali Avenue 55, AGA Business Center 4th floor, Baku, Azerbaijan, AZ1025 [email protected] (+994) 55 206 09 95 (WhatsApp)
× WhatsApp Chat